SeaBreeze" bir yağışa dözmədi: Qafqazın ən böyük layihəsində biabırçılıq - VİDEO





Bakının nəhəng və prestijli tikinti layihələrindən biri olan "SeaBreeze"-in mənzilləri Bakıya yağan yağışa dözmədi. Şəhərin sovet dövründə və müstəqillik illərində tikilmiş evlərinə aramsız yağış ciddi zərər vura bilməsə də, "SeabBreeze"in" "Polo Residence" layihəsi biabırçı vəziyyətə düşüb. Belə ki, mənzilləri su basıb, tavan, döşəmə, oboy, bir sözlə, hər şey məhv olub. Bu da layihənin keyfiyyətsiz tikilməsinin göstəricisidir. Sakinlər problemi şirkətə çatdırsa da, əməkdaşları tərəfindən aşağılayıcı sözlərlə hədələrə məruz qalırlar. Şirkət tikdiyi mənzillərə görə cavabdeh olmalı halda, sakinləri təhdid etməklə öz keyfiyyətsiz işini ört-basdır etməyə çalışır. Sakinlərin sözlərinə görə, mənzillər yaşamalı vəziyyətdə deyil. Redaksiyamıza göndərilən video fakt da sübut edir ki, "Polo Residence" layihəsi hansı keyfiyyətdə inşa olunub. Qeyd edək ki, kompleksin sahibi və rəhbəri Emin Ağalarovdur. Onun rəhbərliyi altında tikilən mənzillərin keyfiyyətli olacağına inam var. Çünki iş adamının öz layihəsinin imicinə zərər gətirmək istəmədiyi bəllidir. Lakin görünən budur ki, Ağalarovun layihəsi bir yağışa belə tab gətirməyib. Halbuki gecə-gündüz mediada reklamı gedən "SeaBreeze" barəsində ağız dolusu təriflər yağdırılır. Qafqazın ən böyük layihəsi kimi təqdim olunan bu işin sabun köpüyü olduğu üzə çıxdı. Sözsüz ki, aramsız yağan yağış bir sıra fəsadkar və çətinliklərə səbəb oldu. Lakin o demək deyil ki, Ağalarovun mənzilləri bu hala düşməliydi. Görünən budur ki, yeganə səbəb mənzillərin keyfiyyətsiz tikilişidir. Nəticədə evləri su basıb və sanki hansısa ucqar kənddə bir daxma o vəziyyətə düşüb. Axı söhbət kifayət qədər bahalı mənzillərdən gedir. Bu azmış kimi, zərər çəkən sakinlər şirkətin əməkdaşları tərəfindən hədələnir. Bundan Ağalarovun xəbəri varmı?
Anaxeber.info.az
Azər Talıbov 
Tarix: Dünən, 11:32
Xəbəri paylaş





Xəbər lenti