Bir neçə gün əvvəl "DİA-AZ" olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı postunu tutan Niyazi Bayramovla xırda bir qeydi xəbərə çevirirək təqdim etdik. Əslində bu məlumat daha çox xəbərdarlıq xarakterli idi. Anlaşılması vacib olduğundan həmin məlumatı təkrar diqqətinizə çatdırırq:***
Neçə gündür ki, bəzi KİV-lərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun şəninə təriflər yağdırılır ki, bu da haqlı olaraq birmənalı qarşılanmır.
"DİA-AZ" xəbər verir ki, əslində Bayramovdan qidalanan şəbəkənin icra etdiyi bu BƏY TƏRİFİ çürük, əsassız və reallığı ifadə etməyən sözlərdən ibarət olması səbəbindən ikrah hissi ilə qarşılanır.
Hətta elələri var ki, sosial şəbəkələrdə etirazlarını fərqli formada ifadə edirlər. Onlardan biri diqqətimizi çəkdi deyə, dəyərli oxucularımız üçün təqdim edirik:
"Gəncənin icra başçısı Niyazi Bayramovu yemlədiyi mətbuat Qarabağ döyüşçüsü kimi xalqa sırıyır. Amma yazmırlar ki, Niyazi Bayramovun qızı Cahan xanım Rəhimova Fransada 30 milyonluq villanı necə aldı?!"
Hər halda maraqlı sualdır və bu suala daha çox hüquq mühafizə orqanları cavab tapa bilər.
"DİA-AZ" olaraq onu da qeyd edək ki, haqqında danışılan Cahan Rəhimova mərhum Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovla evlidir.
***
Qeyd edək ki, bu xəbərimizə sosial şəbəkələrdə müxtəlif reaksiyalar oldu, kifayət qədər populyarlaşdığından müxtəlif sosial şəbəkə profillərində təqdim etdiyimiz bu xəbər eyni zamanda Gəncə RİH rəhbəri Niyazi Bayramovun trollarının da hücumuna məruz qaldı və hazırda da eyni məzmunlu hücum davam edir...
Nə istəyirlər? Çalışırlar... və yaxud da bir nəfərdirsə, çalışır ki, ağalarını təmizə çıxartsınlar... Əsas arqumentləri nədən ibarətdir?
Yazırlar ki, Niyazi Bayramov Qarabağ uğrunda savaşda iştirak edib və...
Və... trollar iddia edir ki, hətta tutalım, Niyazi Bayramov Qarabağın azadlığı uğrunda savaşa qatılıbsa, deməli ona qarşı hansısa tənqidi fikir söyləmək olmaz...
Elə əksər cavab rəyləri də belə olub. Onlardan birini təqdim edirik... Beləliklə, Azər Mahmudov adlı oxucumuz yazır: "Niyazi Bayramovun adını yaxşı araşdırsınlar... Rusiyaya bağlıdır... Səsi sonradan çıxacaq... Deyirsiniz Qarabağda vuruşub... Tutalım... vuruşub... Bu o deməkdir ki, dövlətin malını talamalıdır? İcazəsi var?"
***
Qeyd edək ki, Niyazi Bayramovun qızı ilə bağlı da müxtəlif iddialar səslənib və onun bahalı alış-veriş həvəskarı olduğu xüsusi vurğulanıb... Bu barədə növbəti yazıda... Bizi izləyin...
Tarix: Bu gün, 17:16