Krım üzərində An-26 təyyarəsi yoxa çıxdı
Rusiya Müdafiə Nazirliyi Krım üzərində An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqənin kəsildiyini bildirib.Azsiamaz.com bildirir ki, bu barədə "TASS" məlumat verib.
"31 mart tarixində, təxminən saat 18:00-da, Krım yarımadası üzərində planlaşdırılmış uçuş həyata keçirərkən An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Təyyarədəki heyət və sərnişinlərin taleyi məlum deyil", - deyə açıqlamada bildirilir. Təyyarənin vurulmadığı qeyd edilib. Şübhəli əraziyə axtarış-xilasetmə qrupu göndərilib.
Tarix: Dünən, 09:22