Beyləqanda müəmmalı kadr islahatları... - İLGİNC


Beyləqan rayon icra hakimiyyətinin əməkdaşı Hüseynov Nadir Vidadi oğlu dövlət qulluğu imtahanından kəsilib. "DİA-AZ" xəbər verir ki, bu barədə "Məmurlar" hesabında məlumat verilib.
Xəbərə görə, kəsilmə səbəbi odur ki, Azərbaycan himni kim yazıb sualına cavab verə bilməyib. Daxili imtahanla Nadir Hüseynovun problemi yoluna qoyulub və imtahandan keçirilib.
Bu azmış kimi baş məsləhətçi İsrəfilzadə Vaqif İlyas oğlunu məsləhətçi vəzifəsinə endiriblər. Onun yerinə baş məsləhətçi himnin müəllifini bilməyən və buna görə imtahandan kəsilən Hüseynov Nadir Vidadi oğlunu təyin ediblər.
Tarix: 26-03-2026, 11:31
Xəbəri paylaş





Xəbər lenti