Xəstənin öləndən sonra növbəsi çatacaq?- Aparıcıdan TƏBİB-ə irad
İnsanlar dövlət hesabına tibbi sığortadan istifadə edərkən əziyyət çəkirlər. Mən bunun dəfələrlə şahidi olmuşam. Ağır xəstələr xüsusən bazar günləri xəstəxana tapa bilmir. Azsiamaz.com xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
O, xəstəxanaya göndərdiyi ürək xəstəsinin ortada qaldığını deyib.
“Bir nəfəri özəl klinikalardan birinə göndərdim. Kardioloq baxıb deyib ki, dərhal anju olunmalıdır. İş günü deyildi deyə dövlət xəstəxanasına göndərmək mümükün olmayıb. Xəstə pisdir, amma özəl klinika müdaxilə edə bilmir. Çünki yalnız TƏBİB-in icazə verdiyi özəl xəstəxanalarda ola bilər? Nə üçün?”.
TƏBİB-ə müraciət edən Xoşqədəm Hidayətqızı növbələrdən danışıb.
” Bu gün İcbari Tibbi Sığortanın köməkliyi ilə imkansız, çarəsiz insanlar xəstəxanaya gedib əməliyyat etdirir. Maraq nədir ki, özəl klinikalarda bunu etdirmək mümkün deyil. Nə üçün mən özəl klinikada hüququmdan istifadə edə bilmirəm?
Üstəlik dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta ilə müalicə olacaq nə qədər insan növbəyə dayanıb. Niyə insanların işini çətinə salırsınız? Niyə insanlar sığorta ilə istənilən klinikaya gedib yararlana bilməz? Bunun arxasında nə dayanır?.
Mənim ailəmin Türkiyədə sığortası var. Gedir istənilən özəl klinikaya yaxınlaşırıq, həmən gün hüququmuzdan yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? Bizdə deyirlər, gözlə. İnsanın öləndən sonra növbəsi çatacaq?” “Medicina” .