“OBA” Marketlər şəbəkəsi saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edir...



Çox vacib bir məlumatı diqqətinizə çatdırmaq istərdik…
Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna  daxil olan  “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Rəsmi kanallarda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
• Şübhəli linklərə daxil olmamaq;
• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
• Dolayı yollarla yayılan elanlarla bağlı  diqqətli olmaq.
"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.
Tarix: 16-12-2025, 11:40
Xəbəri paylaş





Xəbər lenti