Tanınmış alim "AZERCELL"ə ÜSYAN ETDİ: "ÖLDÜRƏCƏKSƏN?" - DƏLİXANADIR, VALLAH...
"Bu ölkədə elədir ki, şirkət belə hədə- qorxu, şantaj və zorakı addımlar ilə iş prinsipini qurub. Borcun ödənilməsi ilə bağlı Azercell nə tədbir görəcəksən? Bu nə mesajdır? Öldürəcəksən? Girov götürəcəksən yoxsa həbs etdirəcək sən?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış araşdırmaçı-alim Zaur Əliyev qeyd edib.O daha sonra etirazını belə davam etdirir: "Nömrənin iki tərəfli bağlanmasını edə bilərsən ancaq və bunu da mesajında qeyd elə. Yoxsa nə tədbir görəcəksən?
"Sizin borcunuz var və əgər ödəməsəniz, biz qanuni hüququmuzdan istifadə edəcəyik."
Mesaj belə olmalıdır, yoxsa sizin kimi təyziq və şantaj edəcək sözlər ilə yox. Bu cümlələr hüquqi xəbərdarlıqdan çıxır, təyziq olaraq psixoloji qorxu yaradır insanlarda.

"Tədbirlər görüləcək" ifadəsi qulağa kifayət qədər rəsmi, soyuq və hətta hədələyici gəlir.
"xəbərdarlıq" kateqoriyasına aid edilsə də bu cümlə amma "Tədbir" sözü insanda qorxu yaradır.. Hüquqi çərçivədə haqlı ola bilərsiniz, amma psixoloji cəhətdən düz deyil!!
Böyük bir korporasiyanın (Azercell) tək bir vətəndaşa belə rəsmi dildə mesaj yazması "Davit və Qoliaf" effektini yaradır. Şirkət özünü çox güclü, sizi isə çarəsiz tərəf kimi göstərməyə çalışır. Bu, insanda stress və tələskənlik yaradır ki, sorğu-sual etmədən gedib ödəniş etsin.
Xahiş edirəm bu cümləni dəyişib
" Sizin borcunuz var və əgər ödəməsəniz, biz qanuni hüququmuzdan istifadə edəcəyik" məzmununda edin. Onsuz da həyatımız təyziq və şantaj içərisində davam edir. Siz də bir tərəfdən etməyin..."
Tarix: 16-02-2026, 10:01