“Şirin Su” əcnəbiləri necə aldadır? - BU NƏDİ BELƏ?



Vətəninfo.az-a daxil olan məlumatda qeyd edilir ki,paytaxt Bakıda fəaliyyət göstərən və müxtəlif qiymətlərə içməlu su fəaliyyəti ilə məşğul olan “Şirin SU”şirkəti xarici vətəndaşalrı aldatmağa başlayıb.
Məlumata görə. əvvəlcədən su tədarükünün və çatdırılmasını həyata keçirmək üçün yerli və xarici vətəndaşalrdan depozit adı altında pul alan şirkət, sonradan bağlanmış müqaviləyə uyğun olaraq vaxtı-vaxtında onları içməli su ilə təmin edə bilmir. Müştərilərə günlərlə uzatmalı şəkildə su çatdıran “Şirin Su” şirkıti, onlarla müqaviləni dayandırmaq istəyən şəxslərin əvvəlcədən şirkətə yatızdırdıqları depozit vəsaiti geri qaytarmaq üçün müxtəlif bəhanələr gətirir. Bir neçə gün öncə Azərbaycanda tanınmış elm ocaqlarından birində çalışan xarici ölkə vətəndaşının başına gələnlər isə, daha acınacaqlıdı. Şirkətə müqaviləni dayandırmağı və depozitini geri tələb etməsinə baxmayaraq, “Şirin Su” şirkəti ona əvəlcədən ödədiyi vəsaiti geri qaytarmaq istəməyib. Amma məsələnin ciddiləşdiyini və bunun şirkətə problemlər yaradacağının hiss edən şirkət rəhbərliyi xarici vətəndaşın pulunu geri qaytarıb.
Görünür “Şirin Su”şirkəti təkcə bu cür hallara ilk dəfə deyil yol verir. Əgər belə olmasaydı, şirkət xarici və yerli vətəndaşları bu cür hallara məruz qoymazdı.
Tarix: 1-03-2026, 14:12
Xəbəri paylaş





Xəbər lenti