Araşdırmalarımıza əsasən Zamirə Ədilova dövlət ezamiyyələri ilə xarici səfərlərə gedərək istirahət etməsi bir yana, kadr məsələlərini də kurasiya edirmiş. Onun gətirdiyi namizədləri kadr məsələlərində mötəbər şəxslər, yəni TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov və onun müavini Araz Nəsirov qeyd-şərtsiz işə qəbul edirmişlər. Sual yaranır, Zamirə Ədilovanın bərbad günə qoyulmuş səhiyyəmizin inkişafında hansı xüsusi əməyi olub ki, bu qadına belə şərait yaradılıb?
Bu yaxında Vüqar Qurbanovun ABŞ-da yaşayan bir jurnalistə Azərbaycan səhiyyəsinin problemləri, həkimlərimiz haqqında məlumat ötürməsi barədə xəbərlər yayıldı. Deyilənə görə həmin imformasiyaları da okeanın o tayına Zamirə xanım göndərirmiş. Necə, nə cür edirmiş, bunu gərək aidiyyatı təşkilatlar araşdırıb müəyyənləşdirsinlər.
Sima Babayeva












