“Lukoil” çöküş astanasında: şirkət 14 milyard avroluq itki və “Rosneft” tərəfindən udulma riski ilə üz-üzə
ABŞ-ın Gunvor treyderi ilə xarici aktivlərin satışı üzrə razılaşmanı bloklamasından sonra “Lukoil” şirkəti təxminən 14 milyard avro dəyərində əmlakını itirmək təhlükəsi ilə qarşılaşıb.
Rus KİV-lərinin məlumatına görə, şirkət daxilində xaricdəki aktivlərin müsadirə olunma ehtimalı ciddi narahatlıq doğurur. “Lukoil” rəhbərliyi ən pis ssenariyə hazırlaşır.
Bu böhran fonunda Rusiya daxilində “Lukoil”in “Rosneft” tərəfindən udulması barədə danışıqlar yenidən gündəmə gəlib.
Ekspertlər bildirirlər ki, bu proses Rusiya neft bazarının tam mərkəzləşdirilməsinə və özəl sektorun dövlət nəzarətinə keçməsinə səbəb ola bilər.
Musavat.com
Tarix: Dünən, 14:20