Daha bir ölkə İrana hücumlara başladı


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə İran hədəflərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kan” portalı məlumat yayıb.
“Hücumun hədəfi İranın dəniz suyunun duzsuzlaşdırılması zavodu olub”, – deyə bildirilib.
İsrailin “Ynet” nəşri isə qeyd edib ki, hazırkı zərbə əsasən İran hakimiyyətinə göndərilən siqnal xarakteri daşıyır:
“Körfəz dövlətinin mümkün zərbələri sadəcə Tehrana enerji infrastrukturuna hücumları dayandırmağı tələb edən məhdud bir xəbərdarlıq idi”.
Bununla belə, bildirilir ki, əgər İranın hücumları daha da güclənərsə, BƏƏ-nin hərbi kampaniyaya, hətta məhdud miqyasda olsa da, qoşulması ehtimalı realdır.
Hazırda rəsmi Tehran və Əbu-Dabi tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
Tarix: 8-03-2026, 16:13
Xəbəri paylaş





Xəbər lenti