Dosent nazirlikdəki qaranlıq məqamları üzə çıxardı

Dosent nazirlikdəki qaranlıq məqamları üzə çıxardı

Məktəb direktorları yayda müsahibədən keçib, dərs ili yarı olub, indi, qışda işə başlayırlar. Bu, Elm və Təhsil Nazirliyinin səmərəsizliyi, ciddi qüsurudur.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil eksperti, dosent İlham Əhmədov bildirib.
Dosent bəzi qaranlıq məqamlardan da danışıb:

“Məlum olduğu kimi məktəb direktorlarının işə qəbulu prosesi indi müsahibə yolu ilə həyata keçirilir. Yeni qaydalara görə, namizədlər artıq test imtahanında iştirak etmir, müsahibə yolu ilə seçilirlər.
2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi nəticələri əsasında 389 namizəddən 131 nəfərin məktəb direktoru təyin edilib.
Sual yaranır: niyə müsahibənin nəticələrinin elan olunması belə çox çəkdi, niyə 6-7 ay?
Müsahibə şəffaf oldumu?
Müsahibə nəticələrinin araşdırılması hansı mexanizmlə aparılıb?
Müsahibə iyul ayında ona görə edilir ki, sentyabr ayından yeni məktəb direktorları fəaliyyətə başlasınlar.
Dərs ilinin yarısı gedib, yayda müsahibədən keçənlər indi işə başlayırlar. Bu çox pis haldır”.
İ.Əhmədov əlavə edib ki, bu, ETN-nin işinin səmərəsizliyinin, onun ciddi qüsurunun göstəricisidir:
“Bəs ETN yayda, 1 ayda 60 min müəllimdən MİQ imtahanı götürüb operativ şəkildə məktəblərə necə yerləşdirir? Yaxud 20 min müəllimi sertifikasiyadan keçirib, tez də onların nəticələrini elan edib, müəllimləri də işdən çıxarırlar. Bəs bunu necə bacarırlar? Burada deyəsən qaranlıq məqamlar var”.
Gülşən Rəsul
Tarix: 29-01-2026, 14:11
Xəbəri paylaş





Xəbər lenti