Əvəz Qocayev vəzifədən çıxarılacaqmı? – Mülklərinin SİYAHISI

Əvəz Qocayev vəzifədən çıxarılacaqmı? – Mülklərinin SİYAHISI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin də vəzifədən kənarıaşdırılacağı gözlənilir.
Tribuna.az xəbər verir ki, keçmiş sədr Saleh Məmmədovun ardınca müavini Əvəz Qocayevlə yolların ayrılacağı deyilir. Əvəz Qocayevlə yeni rəhbərlik işləmək istəmir və komandada dəyişiklik nəzərdə tutulur. Əvəz Qocayev təcrübəli kadrlardan biridir. Onun işlədiyi dövrdə ölkədə və xaricdə biznes qurduğu deyilir. Ancaq dövlət məmurunun biznes qurmaq üçün gəlir qaynağı göstərilmir.
Onun biznesini təqdim edirik:
“Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…
Tarix: 11-02-2026, 11:44
Xəbəri paylaş





Xəbər lenti