Süni intellekt əsrində “daş dövrü” interneti: Rəşad Nəbiyevə SƏRT sözlər

Süni intellekt əsrində “daş dövrü” interneti:
İnternetin bu “sürətinə”, bu “inkişafına” görə hamımızın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, xüsusilə nazir Rəşad Nəbiyevə minnətdarlıq borcumuz var.

Tribuna.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

“Xatırlayırsınızsa 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində internetə dial-up sitemi ilə qoşulurduq, telefon vasitəsi ilə. Təxminən 4-5 cəhddən sonra qoşulma alınırdı, sonra modem bir az səs-küy salırdı, daha sonra monitorda açdığımız fayl yavaş-yavaş yüklənirdi və nəhayət uğur.

Daxil olub ekranın ortasında hər klikdən sonra fırlanan dairəni səbrlə gözləyirdik.

İndi adını rəqəmsal qoyan, amma rəqəmsal və süni inntellek dövrünün paleolit (erkən daş dövrü) dövrünü yaşayan nazirliyimiz bizi yenidən həmin dövrə qaytarıb.

Gəncliyimizin xatirələrinə geridönüşə görə əziz nazirliyimizə, çox hörmətli nazirimiz başda olmaqla təşəkkür edirik”-deyə, hüquq müdafiəçisi bildirib.

S. Məmmədov əlavə edib ki, internetin sürət artımı, onun qiymət artımına tərs-mütanəasibdir.
Tarix: 26-02-2026, 12:27
Xəbəri paylaş





Xəbər lenti