Abşeronda qanunsuz tikinti bumu – dövlət qurumları hara baxır? VİDEO



Paytaxtın ən sürətlə böyüyən ərazilərindən biri olan Abşeron rayonu son illər qanunsuz tikintilərin əsas ünvanlarından biritnə çevrilib.
Xüsusilə Abşeron rayonu Heydər Əliyev prospekti ətrafında aparılan tikinti işləri ciddi suallar doğurur. İddialara görə, ərazidə heç bir rəsmi icazə və sənəd olmadan müxtəlif tikinti işləri aparılır və bu proses artıq açıq şəkildə davam edir. Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri o qədər rahat aparılır ki, sanki burada qanun yox, ayrı qaydalar hökm sürür. Bu isə cəmiyyətdə belə bir fikir formalaşdırır ki, Abşeronda tikinti sahəsi faktiki olaraq nəzarətsiz qalıb. Rayonun icra hakimiyyətinin başçısı olan Abdin Fərzəliyev 2022-ci ildə bu vəzifəyə təyin edilib və hazırda rayonun icra strukturlarına rəhbərlik edir. Lakin rayon ərazisində baş verən qanunsuz tikinti faktları fonunda ictimaiyyət haqlı olaraq sual edir: Abşeronda baş verənlərdən icra hakimiyyətinin xəbəri varmı? Ən böyük sual isə digər məsul dövlət qurumlarına ünvanlanır. Çünki tikinti sahəsində nəzarət yalnız yerli icra hakimiyyətinin deyil, həm də bir sıra dövlət strukturlarının səlahiyyətinə daxildir. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi tikinti təhlükəsizliyinə nəzarət edirmi,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu tikililər barədə məlumatlıdırmı,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq təyinatının dəyişdirilməsi və ya istifadə hüququ ilə bağlı qhər hansı sənəd veribmi? Əgər bu qurumların heç birinin icazəsi yoxdursa, o zaman belə tikintilərin necə və hansı əsasla aparıldığı daha böyük sual doğurur. Şəhərsalma qaydalarının pozulması yalnız qanun pozuntusu deyil, həm də gələcəkdə ciddi təhlükələr yarada bilər. Plansız tikinti, mühəndis-kommunikasiya xətlərinin nəzərə alınmaması, yanğın təhlükəsizliyi normalarının pozulması və digər problemlər sabah sakinlərin həyatını risk altına sala bilər. Məsələ ondadır ki, Abşeronda qanunsuz tikintilər artıq tək-tük fakt deyil, sistemli problemə çevrilmək üzrədir. Bu isə dövlət nəzarət mexanizmlərinin nə dərəcədə işlədiyi ilə bağlı ciddi suallar yaradır.İctimaiyyət isə bir cavab gözləyir,Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını kim alacaq – yoxsa rayon həqiqətən də “öz qanunları” ilə idarə olunur?

Nyus.Az




Tarix: 12-03-2026, 12:12
Xəbəri paylaş





Xəbər lenti