AMEA təkcə YATAQXANA deyil... MİLYONLAR YEYİLİR... - FAKT BUDUR!


AMEA-dakı nəhəng mənimsəmələrdən növbəti biri ilə bağlı bu yaxınlarda Baş prokurorluq məlumat yaymışdı. Təkcə akademiya prezidentinin yaxın şöbə müdirinin dövlət büdcəsindən 3 milyon pul mənimsəməsi! Bəs deyirsiniz, AMEA -da pul yoxdur?! Bu, hələ bilinəndir.
Episteyn kasıb qız uşaqlarının qanını içirmiş-filan.. Bəs bunlar nə içirlər?! Milyonları qəsb etməklə neçə-neçə ailəni maddi ehtiyac içində boğub sakit yolla məhv etdikləri körpələrin qanını içmilərmi?!
***
Bir insan hər ay 1000 manat maaş alarsa, heç xərcləmədən hamısını yığarsa, onu 1 milyon manata çatdırmaq üçün təxminən 83 il 4 ay (!!!!) işləməlidir. Köksümüzdə yuva salmış oğru bir akademşəbəkə üzvü bu 1 milyonun bir neçə mislini bəzən 1 ilə, bəzən 1 aya, bəzən də 1 günə mənimsəyir.
Belə insanlıqdan uzaq fərdləri olan ölkə abad ola bilərmi?! Əlbəttə ki, yox!
Müəllif: İdris Abbasov - dilçi alim 
"DİA-AZ"
Tarix: 13-03-2026, 09:36
Xəbəri paylaş





Xəbər lenti