“İdrak” liseyinin rəhbəri danışdı - GÜLLƏLƏNƏN QADIN MÜƏLLİMDİR



Bakıda yerləşən “İdrak” liseyində şagird müəllimi güllələyib.
“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.
- Hadisə necə olub?
- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.
- Neçənci sinif şagirdidir?
- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.
- Güllələnən müəllim qadındır yoxsa kişi?
- Qadındır. 
- Müəllimin vəziyyəti necədir?
- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.
- Hansı fənndən dərs deyir? 
- Hazırda araşdırma aparılır. 
- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?
- Xeyr olmayıb.
- Həmin şagirdin davranışları normaldır?
- Bəli, normaldır.
- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?
- Var. Ancaq keçirə bilib.
- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?
- Sinif otağında baş verib. 
Tarix: 6-02-2026, 11:10
Xəbəri paylaş





Xəbər lenti