90 AA 346 nömrə nişanlı “BMW”ni avtobus dayanacağının içində park edən sürücü….

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib.
AzFakt.com avtosfer.az-a istinadən məlumat verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.
Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib.
Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar.
Bu həm digər sürücülərin yolunu kəsib tıxacın yaranmasına səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.
Sakinlərin iddiasına əsasən, sözügedən ərazidə demək olar ki hər gün eyni mənzərə yaşanır.

***
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən bildirildi ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib: “Onun barəsində AR İXM-nin 346.2-ci ( ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib”.
Tarix: 23-02-2026, 11:01