“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Avropanın 5 nəhəng çempionatında 400 qol vuran ilk futboçu olub.Oxu.Az-ın verdiyi xəbərə görə, Avropanın 5 ən güclü liqasına İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatları daxildir.
“Mançester Yunayted”də çıxış etdiyi zaman Ronaldu 196 oyunda 84 qol vurub. Madrid “Real”ında isə portuqaliyalı 292 matçda meydana çıxaraq 311 dəfə fərqlənib.