Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin 10 milyonluq tenderi ləğv edildi


“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
 
Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
 
Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
 
Tenderin dəyəri 10 043 741 AZN-dir.
Tarix: 14-07-2025, 10:56
Xəbəri paylaş





Xəbər lenti