Töhmət alan icra başçısına sakinlər niyə hədiyyə verdi? – Foto


Bakı meri Eldar Əzizov tərəfindən töhmət alan Suraxanı rayon icra başçısı Adil Əliyevə sakinlər xalça üzərində şəkli olan hədiyyə verib.
Tribuna.az xəbər verir ki, bu hədiyyəni A.Əliyev qəbul edib və həmin əsnada çəkilən fotonu sosial şəbəkədə paylaşıb. Lakin ortaya sual çıxır: bu mükafat Adil Əliyevin hansı fəaliyyətinə görə verilib? Axı Adil Əliyev başçı işlədiyi müddət ərzində rayonda ciddi bir iş görməyib. Əksinə, sakinlər uzun illərdir həllini tapmayan problemlərdən, qanunsuz tikintilərdən şikayət edir.
Bu baxımdan sakinlərin təşəkkürü sual doğurur. Töhmət alan başçıya sakinlər niyə hədiyyə versin ki?!
Axı harada görünüb ki, fəaliyyətinə görə töhmət almış bir məmuru sakinlər mükafatlandırsın?
Belə olan halda ortaya bir sual çıxır: bu təşəkkür və tərif doğrudanmı rayon sakinlərinin təşəbbüsüdür, yoxsa ictimai rəyi formalaşdırmaq üçün hazırlanmış növbəti görüntüdür?
Suallara hörmətli Adil Əliyevin cavab verməsi maraqlı olardı.
Gülşən Rəsul
Tarix: 13-03-2026, 14:04
Xəbəri paylaş





Xəbər lenti