Saleh Məmmədovun qohumunun vergi borcu milyonu ötdü


“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində olan “17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vergi borcu artmaqda davam edir.
 
Pravda.az-ın xəbərinə görə, qurumun dövlətə 1 076 949 AZN borcu var.
 
MMC-nin qanuni təmsilçisi Şahin Şahbaz oğlu Süleymanovdur. Ş.Süleymanovun AAYDA rəhbəri Saleh Məmmədovun xalası oğlu olduğu bildirilir.
Tarix: Bu gün, 12:18
Xəbəri paylaş





Xəbər lenti