Suraxanı Oyl Əməliyyat şirkətinin fəhlələri dövlət başçısından imdad umurlar....
Suraxanı Oyl Əməliyyat şirkətinin bir qrup fəhləsi adından
Şikayət-2022 ildən bu tarixəcən hec bir maaş artımı yoxdur , ancaq əmək haqqına olunan ələvələr ləğv olunur !
-10-15 il işləyən adamları imtahan adıyla, muqavilə müddətinin bitməsi (ARƏM maddə 45.4 və maddə 45.5 pozulması) bəhanəsilə, müddəti sona çatmış Əmək Müqaviləsinin müddətinin artırılmayacağı, bir daha muqavilə bağlanmayacağı və s ,hədə qorxu qələrək , işçiləri daha az əmək haqqına işləməyi vadar edirlər. Növbəli iş ,12 saat olan yeraltı quyuların təmiri sexinin cay vaxtları (??) ləğv edib, 4-5 saat naharacan və 5-6 saat nahardan sonra işləməyə vadar edirlər , söz demək istiyəndə də deyirlər xöşun qəlmir ,get rəhbərliyin yanına! Hava şəraiti pis olduğda isə yeraltı quyuların təmiri sexinin işcilərini , aparıllar yer qazmağa( işçi Əmək Müqaviləsində nəzərdə tutulmayan vəzifələri yerinə yetirməyə məcbur edilir!?) , boru və avadanlıqları əllə yuk maşınına doldurmağa ,əks halda izahat yazılacağı ilə hədə gorxu qəlirlər!12 saat ağır şəraitdə (kulək,covğun,yağışda)işləyən adamla 1200 maaş verir, amma idarədə və öz adamlarına , soyuqda kombinin yanında , istidə kondicioner altında otura 1500m-2500m maaş verir! (diskrinimasiya?) Rəhbırliyin qəbula düşmək istidikdə isə İRD rəhbərini qabağa verirər , o da min bir bəhanə söylərək ,yola salır!
Xahiş edirik , səsimizi dovlət başcısına catdirasiz
Şikayətdə qeyd olunanlar düzdürsə bu halda işəgötürən ARƏM maddə 310 əsasən məsuliyyət düşıyır
Qeyd: Suraxanı Oyl Əməliyyat şirkəti (Şirkət), Suraxanı və Qaraçuxur yataqlarının işlənməsi və bərpası ilə məşğuldur.
"Suraxanı" və “Qaraçuxur” yatağı 02.06.2006-cı il tarixindən etibarən “Surakhani Oil Operating Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən istismar olunur .Sazişin əsas detalları aşağıdakılardır:
Tərəflər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rafi Oil FZE (BƏƏ) şirkəti arasında bağlanmışdır.
Müddət: Saziş 25 il müddətinə nəzərdə tutulub.
Mirvari Gahramanli
TEREF
Tarix: 1-03-2026, 22:12