Hüquq müdafiəçisi SOCAR-ın kadr siyasətini ifşa etdi - 60+yaşlı işçiləri ixtisara salırlar, amma 62+ yaşlı Nüsrət Əliyevi vəzifəyə gətirirlər

Hüquq müdafiəçisi SOCAR-ın kadr siyasətini ifşa etdi - 60+yaşlı işçiləri ixtisara salırlar, amma 62+ yaşlı Nüsrət Əliyevi vəzifəyə gətirirlər
Bildiyiniz kimi, SOCAR Neftqazelmitədqiqatlayihə insititutunun direktoru 21.10.2024 tarixindən tutduğu vəzifəsindən azad olunub. Bir müddət direktorun kabinetində , onun kreslosunda SOCAR vitse prezidenti Babək Hüseynovun müavini , Anar Əliyev əyləşdikdən(direktor kimi yox!) sonra, cənab Anar Əliyevə axır ki başqa qurumda(Bahar ƏŞ rəhbəri) vəzifə verildi və kabinet yenə boş qaldı..
Aldığımız məlumata görə institutun direktoru vəzifəsinə cənab Nüsrət Əliyev təyin olundu..62(60+) yaşı var!
- Cənab Nüsrət Əliyev əvvəl Azneft İB - nin Baş direktoru olmuş Daşqın İsgəndərovun müşaviri(!) olub, .Qarabağ yatağının işlənməsində ciddi nöqsanlara yol verib; Daşqın İsgəndərov SOCAR
Baş ofisinə vitse prezident keçirildikdən sonra Nüsrət Əliyev onun müavini təyin olunub, sonradan Daşqın İsgəndərov tutduğu vəzifəsindən azad olunub müşavir təyin olduqdan sonra cənab Əliyev bu dəfə. Vitse Prezident Elşad Nəsirovun müavini təyin olunub. Deyilənlərə görə 62+yaşlı Əliyev Nüsrətin Layihələrlə iş təcrübəsi yoxdur, həyat yoldaşı da həmin institutda "birqə işlənən yataqlar üzrə məlumatlar bazası və modelləşmə şöbəsində" 14-cü dərəcəli mühəndis işləyir.
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli yazır. Mirvari Gahramanli daha sonra yazır:
( Xatırlatma: Korrupsiyaya qarşı mübarizə haqqında qanun maddə 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır)
Sual
2025-ci il ərzində SOCAR -da gedən kütləvi ixtisar zamanı çoxlu sayda 60+ yaşlı işçilərə müxtəlif üsullarla işdənçıxma ərizəsi yazdırıldı. Bəs bu "siyasət" vəzifəli şəxslərə tədbiq olunmur ki? Yaxud bu siyasət razılaşdırılmış "daxili qaydalarla" tənzimlənir? Bunun adı Diskrinimasiya deyil?! Bəlkə Nepoyizm?
Mirvari Gahramanli
TEREF
Tarix: 4-03-2026, 16:31
Xəbəri paylaş





Xəbər lenti