AQTA-da 50 min manatlıq "alış-veriş"

news/2026_03_14/1550130476_2060984_1773432465.jpg


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurumun şəbəkə və server avadanlıqlarının kəsintisiz işləməsini, habelə məlumat bazasının kibertəhlükələrdən qorunmasını təmin etmək məqsədilə proqram təminatı lisenziyalarının satın alınmasına başlayıb.
32gun.az xəbər verir ki, Agentliyin texnoloji infrastrukturunun yenilənməsinə yönəlmiş bu layihənin ehtimal olunan qiyməti 49.957,18 AZN məbləğində müəyyən edilib.
Satınalma çərçivəsində üç mühüm istiqamət üzrə lisenziyaların əldə edilməsi nəzərdə tutulur. Bura ilk növbədə müəssisə daxili kommunikasiyanı təmin edən "3CX Enterprise" illik lisenziyası və şəbəkə təhlükəsizliyinin əsas qalxanı hesab olunan "FortiGate 601E" üçün xüsusi mühafizə paketi daxildir. "FortiCare" dəstəyi ilə təmin olunan bu lisenziya sistemi viruslara, kənar müdaxilələrə (IPS) və zərərli veb-kontentlərə qarşı kompleks qorunma ilə təmin edəcək.
Bundan əlavə, AQTA-nın server sistemlərindəki məlumatların itməməsi və ehtiyat nüsxələrinin (back-up) yaradılması üçün minimum 20 serveri dəstəkləyən "Veeam Data Platform Essentials" proqram təminatının lisenziyalaşdırılması da həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlidir.
Tarix: 15-03-2026, 15:42
Xəbəri paylaş





Xəbər lenti