Zığ qəsəbəsində yol problemi: “Pulunu yedilər, buranı düzəltmədilər“


bitmap-img6

Suraxanı rayonu, Zığ qəsəbəsi, səkkizinci Zığ küçəsindəki yollar illərdir yararsız vəziyyətdədir.

Baku TV-nin məlumatına görə, asfaltlanmayan və çala-çöküklü olan yolların, xüsusilə, yağışlı havalarda palçıqla dolması sakinlər üçün ciddi problemə çevrilib.



Küçədə işıq dirəklərinin olmaması isə gecə saatlarında sakinlərə əlavə çətinlik yaradır.

"10-15 ildir küçə bu vəziyyətdədir. Belə yaşamaq mümkün deyil", "Digər küçələri düzəltdilər, amma bura baxan olmadı. Pulunu yedilər, buranı heç düzəltmədilər", - deyə sakinlər öz şikayətlərini qeyd ediblər.
Tarix: 21-03-2026, 09:57
Xəbəri paylaş





Xəbər lenti