Mingəçevirdə Qarabağ qazisi İŞDƏN QOVULDU - MÜRACİƏT
1- çi Qarabağ Müharibə veteranı Mingəçevirdə yaşanan özbaşınalıqdan gileylənir. "Mingəçevirdə işlədiyim MİS də tək məni İxtisara salıblar" deyən narazı vətəndaş əlavə edir: "Prezidentə, aidiyyatı orqanlara şikayət etsəm də, baxan yoxdur. Buna görə də indi daha da ağır şəraitdə yaşayıram..." "DİA-AZ" xəbər verir ki, Mingəçevir Mənzil İdarəsində fəhlə işləyən Kazımov Cəlal Aslan oğlu deyir ki 2025-ci ildə onunla birgə bir neçə bağban və fəhləni işdən ixtisar ediblər: "Sonradan onlar işə bərpa olsa da, heç bir səbəb gətirmədən məni işə bərpa etmirlər. Qarabağ veteranıyam, bütün aidiyyatı orqanlara məktub və teleqram vursam da, təkcə məni işə bərpa etmirlər. Bilmirəm artıq hara şikayət edim". Daha ətraflı aşağıdakı videoda: